Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi

16:55 04.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.

Hafta.az xəbər verir ki, bir neçə gündür ərazidə davam edən yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.